"Hindistan-Azərbaycan Mədəniyyətinin Qovuşması" adlı konsert keçirilib

Hindistan səfirliyi Beynəlxalq Muğam Mərkəzi ilə birgə "Hindistan-Azərbaycan Mədəniyyətinin Qovuşması" adlı mədəni tədbir təşkil edib.
Tədbir bir çox canlı çıxışlar vasitəsilə iki xalq arasında güclü mədəni əlaqəni vurğulayıb.
Səfir Sridharan Madhusudhanan və əməkdar Artist və Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə toplaşanlar qarşısında çıxış edib.
Rəqqasların ifasında tamaşaçılara klassik və yarı klassik hind rəqslərini təqdim edilib, məşhur hind kinolarından mahnılar ifa olunub.

Hindistan və Azərbaycan incəsənəti əsərlərinin nümayiş olunduğu tədbir təkcə hər iki ölkənin istedadlarını nümayiş etdirməyib, həm də onları birləşdirən mədəni əlaqələri gücləndirib. İştirakçılar ümumi irs və möhkəmləndirilmiş mədəni əlaqə hissi ilə ayrılıb.
Reportyor.az


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 20-09-2024, 12:46