mobil versiya

Azərbaycanı Yunanıstandakı yarışda təmsil edəcək güləşçilər müəyyənləşib


Azərbaycanı Yunanıstanın Katerini şəhərində keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının 4-cü mərhələsində təmsil edəcək idmançılar müəyyənləşib. 

Güləş Federasiyasının mətbuat xidməti xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) yarışacaq.
Sabah startı veriləcək yarış iki gün davam edəcək.


KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:56