Prezident onları işdən azad edib
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən, Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib, Polad Bülbüloğlu Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, onlar sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.
KARUSEL / SİYASƏT
Tarix: 23-09-2024, 15:30