23 min 852 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb - DSMF
Cari ilin avqust ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 23 min 852 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Onu da qeyd edək ki, bunlardan 20 min 836-sı rəsmi məktub və telefon zəngi, 3 min 16-sı isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 25-09-2024, 14:39