mobil versiya

İyul ayında 28,5 mindən çox vətəndaş müraciəti cavablandırılıb - DSMF



Bu ilin iyul ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 28 min 527 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Bunlardan 25 min 639-u rəsmi məktub və telefon zəngi, 2 min 888-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.

KARUSEL / SOSİAL
Tarix: 21-08-2024, 12:15