mobil versiya

MY iki futbolçudan ayrılmaq istəyir



“Mançester Yunayted” heyətində dəyişiklik etməyi planlaşdırır.


“TEAMtalk” xəbər verir ki, “qırmızı şeytanlar” yarımmüdafiə xəttində yer boşaltmaq istəyir. Bu səbəbdən, Kristian Eriksen və Kazemiro qış transfer pəncərəsində İngiltərə klubunu tərk edə bilər.
Eriksen və Kazemironun hər ikisinin 32 yaşı var. Onların “Mançester Yunayted”lə hazırkı müqavilələri müvafiq olaraq 2025-ci ilin və 2026-cı ilin ortalarına qədərdir.
“Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində 11-ci yerdədir.

KARUSEL / İDMAN
Tarix: Dünən, 09:26