mobil versiya

FHN ötən sutka ərzində 32 halda yanğına çıxış edib



Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 halda yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas olunub, yanğın zamanı 5-i azyaşlı olmaqla 9 nəfər təxliyə edilib, 2 nəfər tüstüdən zəhərlənib.


KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 13:38