mobil versiya

İsrail nizami piyada və zirehli birləşmələr Livanda quru əməliyyatına qoşulur




İsrail ordusu  36-cı diviziya və əlavə qüvvələr Livanda quru əməliyyatına qoşulur.

Reportyor.az
xəbər verir ki, bu barədə ərəb KİV məlumat yayıb.

Bildirilir ki, İsrailin nizami piyada və zirehli birləşmələri Livanda quru əməliyyatına qoşulur, lakin onların əhatə dairəsi məhdud və lokallaşdırılacaq.

İsrail bildirib ki, Livanda açıq elan edilən ilk quru əməliyyatında komando və paraşüt birləşmələri sərhədi qısa məsafədən keçib.

Sonradan bildirilib ki, xüsusi təyinatlılar aylardır sərhədin o tayında Hizbullah hədəflərinə qarşı quru reydləri həyata keçirib və bu əməliyyatlar zamanı evlərin altındakı tunelləri və silah anbarlarını aşkar ediblər.

Qolani Briqadası, 188-ci Zirehli Briqada və 6-cı Piyada Briqadası da daxil olmaqla 36-cı Diviziyadan piyada və zirehli qoşunların əlavə edilməsi əməliyyatın məhdud komando basqınlarından kənara çıxdığını göstərir.

Ordu quru əməliyyatının əsasən sərhəddəki tunelləri və digər infrastrukturu məhv etmək məqsədi daşıdığını və Beyrutu və ya Livanın cənubundakı böyük şəhərləri hədəf alan daha geniş əməliyyat planının olmadığını bildirib.

Reportyor.az

KARUSEL / DÜNYA
Tarix: 2-10-2024, 10:35