mobil versiya

Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu İllik Konfransı Sinqapurda keçiriləcək



Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu İllik (yubiley) Konfransı və Ümumi Yığıncağı 2025-ci ildə Sinqapurda keçiriləcək.


Bunu Beynəlxalq Prokurorlar Assosiasiyasının 29 illik Konfransı və Ümumi Yığıncağının bağlanış mərasimində Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, artıq Sinqapurda hazırlıq işlərinə başlanılıb.
Sinqapurun Baş prokuroru Lüsyen Vong çıxış edərək 30-cu İllik (Yubiley) Konfrans və Ümumi Yığıncaqda Azərbaycanın geniş təcrübəsindən istifadə olunacağını vurğulayıb.
K.Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının rəmzi bayrağını Sinqapurun Baş prokuroru Lüsyen Vonga təqdim edib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 2-10-2024, 16:41