Türkiyə öz vətəndaşlarını Livandan dəniz yolu ilə təxliyə edəcək
Türkiyə Livandan təxminən 2000 vətəndaşını təxliyə etmək üçün gəmilər göndərir.
Reportyor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında deyilir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi çərşənbə axşamı Türkiyənin cənubundakı Mersin vilayətindəki limandan Beyruta yola düşəcək.
Türkiyənin Livandakı konsulluğunda qeydiyyatda olan 14 min vətəndaşı olduğu təxmin edilir.
Türkiyə rəsmiləri ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən vətəndaşlarının Livandan çıxarılması üçün fövqəladə planlar hazırladıqlarını bildiriblər.
Ötən həftə Xarici İşlər Nazirliyi üçüncü ölkə vətəndaşlarının Türkiyə üzərindən təxliyəsi üçün təlimatların da müəyyən edildiyini bildirərək, dəstək istəyən 20-yə yaxın ölkə ilə əməkdaşlıq çərçivəsində lazımi hazırlıqların aparıldığını söyləyib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 8-10-2024, 10:54