Fransada Kirk qasırğası bir nəfərin ölümünə səbəb olub
Qərbi Avropanı vuran Kirk qasırğasının qalıqları Fransanın cənubunda ən azı bir nəfərin ölümünə və 67 mindən çox insanın işıqsız qalmasına səbəb olub.
Reportyor.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildirib.
Fransanın cənubundakı Sete liman şəhəri yaxınlığında güclü külək üç qayığın aşmasına səbəb olub, bir nəfər ölüb, bir nəfər isə ağır vəziyyətdə qalıb.
Şəbəkə təchizatçısı Enedis BFM TV-yə bildirib ki, əsasən Fransanın cənubunda 67 mindən çox insan elektriksiz qalıb.
KARUSEL / DÜNYA
Tarix: 10-10-2024, 11:02