mobil versiya

Gəncədə “Çölün ruhu” adlı konsert proqramı keçiriləcək




F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Çölün ruhu” adlı konsert proqramı keçiriləcəkdir. Konsert proqramı 12 oktyabr 2024-cü il tarixində saat 15:00-da baş tutacaq.

Konsertdə Q.Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xoru və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək. Bədii rəhbərlər: Merbol Kuspanov və Xalq artisti Gülbacı İmanovadır.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-10-2024, 16:14