Paytaxtın bəzi küçələrində parklanma ilə bağlı dəyişikliklər tətbiq edilib

AYNA-dan bildirilib ki, parklanma ilə bağlı Sabit Rəhman və Alı Mustafayev küçələrində də tədbirlər görülüb.
“Burada mövcud parklanma məntəqələrində 3 ədəd məlumat lövhəsi, yol nişanı quraşdırılıb. Bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Belə ki, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində (Amburan Mall) 9 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb”, – deyə AYNA-nın məlumatında bildirilir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-10-2024, 18:07