mobil versiya

Britaniya Ukraynanın qələbə planını həyata keçirmək üçün təkliflər üzərində işləyir




Ukrayna Silahlı Qüvvələrinin komandanı general Oleksandr Syrskyi Britaniyanın müdafiə naziri Toni Radakinlə telefon danışığından sonra Britaniyanın Ukraynanın qələbə planını həyata keçirmək üçün öz təklifləri üzərində işlədiyini bildirib.

Reportyor.az
bu barədə xarici KİV-ə istinadla xəbər verir.

"Biz əməliyyat və strateji dərinlikdə düşmənin hərbi obyektlərinə zərbə endirmək imkanını ayrıca müzakirə etdik. Britaniya tərəfi hazırda Qələbə Planının praktiki icrası çərçivəsində öz təklifləri üzərində işləyir", - Syrskyi Telegram mesajlaşma proqramında bildirib.


KARUSEL / DÜNYA
Tarix: 16-10-2024, 12:08