mobil versiya

Bakıda bu yollar yenilənir



AYNA tərəfindən paytaxtın bir sıra yollarında aparılan nişanlanma işləri uğurla davam etdirilir.

Zərifə Əliyeva küçəsi, 8 Noyabr prospekti, Tbilisi prospekti (Bakıxanov körpüsü altında) və Xocalı prospektində üfüqi nişanlanma xətləri yenidən təşkil edilib.
Üzeyir Hacıbəyli küçəsində yeni piyada keçidləri salınıb.
Mərdəkan şosesində köhnə “1.3” xətti silinərək yeni üfüqi nişanlanma xətləri tətbiq edilib.
Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsində ümumilikdə 346 ədəd yol nişanı, eləcə də Heydər Əliyev prospektində (Hava limanı şosesi) yol hərəkəti üçün 6 məlumatverici lövhə ilə birlikdə yeni nişanlar quraşdırılıb.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-10-2024, 14:57