Əməliyyat keçirilib, 28 kq narkotik aşkarlanıb

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın Binəqədi, həmçinin İmişli rayonları ərazisində keçirilən növbəti əməliyyatlar zamanı 1997-ci il təvəllüdlü İzzət Əliyev və 1981-ci il təvəllüdlü Rəşad Ağayev saxlanılıblar.
Onlardan ümumilikdə 28 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, metamfetamin və 400 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Saxlanılan şəxslər şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

KARUSEL / HADİSƏ
Tarix: 16-10-2024, 16:34