mobil versiya

Kino Agentliyinin əməkdaşı beynəlxalq film müsabiqəsinin münsifi seçilib


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kino Agentliyinin Audivizual Sənayenin İnkişafı və Strateji Təhlil şöbəsinin müdiri Rüfət Qarazadə 11-ci Beynəlxalq Egeart Qısametrajlı Filmlər Müsabiqəsinin Beynəlxalq film kateqoriyası üzrə münsiflər heyətinin sədri seçilib.
Bu barədə Kino Agentliyindən bildirilib.
Qərar 12-17 oktyabr 2024-cü il tarixlərində Ege Universitetində keçiriləcək müsabiqənin 10 oktyabr 2024-cü il tarixli hazırlıq iclasında qəbul edilib.
Bu barədə məlumat Ege Universitetinin rektorluğu və Səhiyyə, Mədəniyyət və İdman idarəsi Mədəniyyət və İncəsənət Xidmətlərinin Şöbə müdirliyi tərəfindən verilib.

Ege Universitetinin prorektoru, professor, dr. Mehmet Ersanın imzası ilə universitet rəhbərliyi tərəfindən Egey dənizinin incisi İzmirin ev sahibliyi ilə keçiriləcək tədbirə filmlərin seçilməsində təşkilatçılığa görə ARKA-nın təmsilçisi Rüfət Qarazadəyə xüsusi təşəkkürnamə də təqdim edilib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 16-10-2024, 16:58