Bugünkü hərracda tələb 65,9 milyon dollar təşkil edib
Oktyabrın 17-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan bildirilib ki, hərracda tələb 65,9 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-10-2024, 14:38