mobil versiya

Azərbaycanlı hakim UEFA-dan növbəti təyinat alıb



Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb.


AFFA-nın rəsmi saytı xəbər verir ki, o,17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində X qrupun oyunlarını idarə edəcək hakimlər briqadasında yer alacaq.
K.Umudlu oktyabrın 23-də İsveçrə - Moldova matçında dördüncü, oktyabrın 26-da İsveçrə - Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro görüşlərində baş hakim olacaq. Vüsal Məmmədov isə həmin qarşılaşmalarda köməkçi hakim funksiyasını yerinə yetirəcək.

KARUSEL / İDMAN
Tarix: 21-10-2024, 10:50