mobil versiya

"Yer Kürəsi Uşaqların Gözü ilə" Beynəlxalq Foto Müsabiqəsi başlayıb



Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il İqlim Dəyişikliyi Konfransına (COP29) həsr olunmuş “Yer Kürəsi Uşaqların Gözü ilə” Beynəlxalq Foto Müsabiqəsi elan edilib. 

Reportyor.az
xəbər verir ki, IDEA Kampaniyasının (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq), kampaniya prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirilən müsabiqə dünyaca nüfuzlu fotoqraf, “Reza Visual Academy”-nin təsisçisi Reza Deqatinin təşəbbüsü ilə keçirilir.
11 oktyabr 2024-cü il tarixindən 31 oktyabr 2024-cü il tarixinədək dünyanın hər yerindən 18 yaşına qədər uşaq və yeniyetmələr təbiətin gözəllikləri, çirklənmə və iqlim dəyişikliyinin yaratdığı problemlər barədə fərqli baxışlarını bölüşməyə dəvət olunur. “Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” mövzusu altında keçirilən müsabiqə gəncləri ətraf mühitə sevgilərini və planetimizin gələcəyi ilə bağlı narahatlıqlarını əks etdirən cəlbedici fotoşəkillər çəkməyə təşviq edir.
Qalib gələn fotoşəkillər 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində noyabrın 11-dən Bakıda Heydər Əliyev Mərkəzində sərgilənəcək. Burada dünya liderləri, ətraf mühit müdafiəçiləri və ictimaiyyət gənc fotoqrafların verdiyi güclü mesajların şahidi olmaq üçün bir araya gələcəklər.

Müsabiqənin tarixçəsi

“Yer Kürəsi Uşaqların Gözü ilə” beynəlxalq foto müsabiqəsinin əvvəlki buraxılışı gənc fotoqrafların bədii istedadlarını və ətraf mühitə dair məlumatlılığını nümayiş etdirərək əhəmiyyətli qlobal diqqət topladı.
Tənqidçilər kritik ekoloji problemlərlə bağlı gənclərin səsini duyurduğu üçün müsabiqəni yüksək qiymətləndirdilər. Müsabiqə fotoqrafiyanın maarifləndirmə və sənətin unikal və effektiv bir formada birləşdirici rolunu göstərdi.
Qlobal Ətraf Mühitin Mühafizəsi Platforması 2024-cü il BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) sərgi ilə yekunlaşan müsabiqə gənclərin bədii istedadlarını nümayiş etdirəcək və ətraf mühitin mühafizəsi haqqında dünya miqyasında müzakirələrə təkan verəcək. Bu, gənclərə ətraf mühit üçün mövqe tutmaq və fotoqrafiyanın universal dili ilə dəyişikliklərə ilham vermək məqsədi daşıyır.

“Yer Kürəsi Uşaqların Gözü ilə” yalnız foto müsabiqəsi deyil – o, gələcək nəslin ətraf mühitə dair maarifləndirmə və təbliğatda yol göstərməsi üçün fəaliyyətə çağırışdır. Perspektivlərini bölüşməklə gənclər planetimizi qorumaq və dəyişiklikləri ruhlandırmaq haqqında qlobal dialoqa töhfə verəcəklər. Bütün gənc fotoqrafları iştirak etməyə, öz baxışlarını bölüşməyə və səslərini eşitdirməyə dəvət edilir.

Fotoqrafiyada təcrübə və bacarıq səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdən 18 yaşa qədər uşaq və yeniyetmələr müsabiqəyə dəvət olunurlar. İştirak etmək üçün iştirakçılar mövzuya uyğun gələn 1- dən 20-dək fotoşəkil təqdim edə bilərlər. Şəkillərinin kontekstini və mövzu ilə əlaqəsini təsvir edən qısa izah təqdim etməlidirlər.
Təqdimatlar https://childreneyes.earth ünvanında olan müsabiqənin rəsmi internet səhifəsi vasitəsilə onlayn olaraq edilə bilər. Əlavə məlumat və təlimatlar saytda mövcuddur.
Müraciət üçün son tarix 31 oktyabr 2024-cü ildir.

Münsiflik, Mükafatlar və Tanınma Önəmli mükafatlar qazanmış fotoqraflardan ibarət bir münsiflər heyəti müraciətləri nəzərdən keçirəcək. Fotoşəkillər yaradıcılıq, mövzuya uyğunluq, düşüncə və emosiya oyatmaq bacarığı əsasında qiymətləndiriləcək. Qaliblər qlobal səviyyədə tanınma fürsətindən əlavə, sənət nailiyyətlərinə görə SRL kameralar qazanacaqlar.

Ətraflı məlumat üçün
Vebsayt: https://childreneyes.earth
Sosial media: Instagram: @childrenseyesonearth Facebook: @childrenseyesonearth
Əlaqə: [email protected]

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 21-10-2024, 15:09