mobil versiya

Bu gün Yer Kürəsi Günüdür



20  mart -Yer Kürəsi Günüdür.
Ümumdünya Yer kürəsi Günü 1971-ci ildə təsis olunub və hər il yaz gecə-gündüz bərabərliyi günündə (20-21 mart) qeyd edilir.
Yer Gününün qeyd edilməsi ənənəsi ilk dəfə ABŞ-da meydana gəlib. 1990-cı ildən etibarən Yer Günü beynəlxalq səviyyədə qeyd olunmağa başlanıb. Hazırda dünyanın 200-ə yaxın ölkəsində bu gün müxtəlif aksiyalar ilə yadda qalır.
Yer Günü əsasən, iki tarixdə - martın 20-21-də və aprelin 22-də qeyd olunur. Birincisi sülhməramlı və humanist, ikincisi isə ekoloji istiqamətə malikdir.
Martın 20-nin 1971-ci ildə BMT tərəfindən Yer Günü seçilməsi yaz gecə-gündüz bərabərliyi günündə planetin bioloji ritminin dəyişməsi, təbiətin oyanıb özünü yenilədiyi zaman öz inkişafının yeni mərhələsinə qədəm qoyması ilə əlaqədardır. BMT-nin müraciətində deyilir: “Yer Günü bütün insanların diqqətini Yer planetini onların ümumi evi kimi dərk etməyə, bütün yer üzünün birliyini və bir-birimizdən qarşılıqlı asılılığı hiss etməyə yönəltmək məqsədi daşıyan xüsusi gündür”.

KARUSEL / CƏMİYYƏT
Tarix: 20-03-2023, 14:21