mobil versiya

"Sabunçu keçidi"ndə iki cəsədin aşkarlanması ilə bağlı araşdırma başlanıb



Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldə daha 1 nəfərin cəsədi aşkar edilib.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun birgə məlumatında deyilir.
Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə 1 nəfərin cəsədinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd olunan ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində daha bir nəfərin - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bütün zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 22-10-2024, 16:46