mobil versiya

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb




Oktyabrın 22-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Reportyor.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.  
Axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

KARUSEL / HADİSƏ
Tarix: 23-10-2024, 09:43