Azərbaycan – Portuqaliya oyununun hakimləri onlar olacaq
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.
Görüşü Almaniya və Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi almaniyalı Fabyenn Mişel olacaq. Ona yan xətt hakimləri Melissa Cus (Almaniya) və Amina Sara Quçi (Avstriya) kömək edəcəklər. Dördüncü hakim funksiyasını Karolina Vakker yerinə yetirəcək.
VAR hakimi Katrin Rafalski, onun köməkçisi isə Yohan Pfeyfer (hər ikisi Almaniya) olacaq.
Qeyd edək ki, oktyabrın 25-də “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 16:00-da başlayacaq.
KARUSEL / İDMAN
Tarix: 23-10-2024, 12:21