mobil versiya

"Tottenhem" - "Qarabağ" oyununu fransalı hakimlər idarə edəcək



UEFA Avropa Liqasının əsas mərhələsində İngiltərədə "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək ilk tur oyununa təyinatlar açıqlanıb.

Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Villi Delajo olacaq. Ona yan xətt hakimləri Ervan Finjan və Filipp Jan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.
Var hakimi Benua Miyo, onun köməkçisi isə Alan Kicas olacaq.
Qeyd edək ki, sentyabrın 26-da "Tottenhem Hotspur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 


KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:24