mobil versiya

Baş prokuror əmrlər imzalayıb




Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rauf Gözəlov Gəncə şəhər prokuroru vəzifəsinə təyin edilib. 

Reportyor.az
xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Rauf Gözəlov bu təyinata qədər Qazax rayon рrоkuroru vəzifəsində çalışıb.
Baş prokurorun digər müvafiq əmri ilə Azad Qarayev Lənkəran rayon prokuroru vəzifəsinə təyin edilib.
Azad Qarayev bu təyinata qədər Gəncə şəhər prokuroru vəzifəsində çalışıb.
Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Rövşən Əliyev Qazax rayon prokuroru vəzifəsinə təyin edilib. 
Rövşən Əliyev bu təyinata qədər Bakı şəhər prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:43