İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü olub

Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü olub.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

KARUSEL / GÜNDƏM
Tarix: 24-10-2024, 15:18