mobil versiya

Azərbaycana İrandan 10 kq-dan çox narkotik vasitə keçirmək istədilər



İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabr ayının 26-da saat 16:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 96 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 28-10-2024, 15:21