Yeni layihə – Daha rahat Bakı!
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA tərəfindən oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi olan İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılıb.
Reportyor.az xəbər verir ki, layihə çərçivəsində Əziz Əliyev küçəsində mikromobillik vasitələri üçün zolaqlar təşkil edilib.
Avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə imkan yaradıb.
Mikromobillik xətləri İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirilərək Dənizkənarı Milli Parka doğru uzadılacaq.
Bu dəyişikliklər paytaxtda daha rahat və təhlükəsiz hərəkətin təşkilinə töhfə verəcək.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 29-10-2024, 16:41