Paytaxtda yeni parklanma məntəqələri istifadəyə verilib
Bakıda yeni parklanma məntəqələri istifadəyə verilib.
Reportyor.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA-ya istinadla xəbər verir.
Qurban Xəlilov küçəsində 2 yeni parklanma məntəqəsi təşkil olunub.
Bunlardan biri xüsusi olaraq fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün nəzərdə tutulub.
Fətəli xan Xoyski və Mərkəzi Park küçələrində elektrik avtomobilləri üçün şarj məntəqələrini göstərən 3 yol nişanı quraşdırılıb.
Nəqliyyat şəraiti və parklanma yerlərinin optimallaşdırılması istiqamətində işlər davam ediriləcək.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:47