mobil versiya

Beş ölkədən Azərbaycana heyvandarlıq məhsullarının gətiliməsibə icazə verilib




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.


Reportyor.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Buzeu inzibati ərazi vahidində keçilərin artrit-ensefaliti, Liviya Dövlətinin Əl Cəbal əl Qərbi, Ən Nuqat əl Xəms, Əl Cifara, Az Zəviyyə inzibati ərazi vahidlərində və Mərakeş Krallığının ərazisində xırdabuynuzlu heyvanların taun, Vyetnam Sosialist Respublikasının Quanq Ninh, Tra Vinh, Zhanh Hoa, Nqhe An, Bak Ninh, Ha Noi, Phu Yen, Sok Tranq, Bak Lieu, Tiyen Gianq, Lonq An, Nin Txuan, Ka Mau və digər əyalətlərində, Rusiya Federasiyasının Voloqda vilayətində, Niderland Krallığının Flevoland əyalətində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


KARUSEL / CƏMİYYƏT
Tarix: 31-10-2024, 11:19