mobil versiya

Rusiya Türkiyənin Ukraynaya silah verməsindən narazıdır





Rusiya Türkiyənin Ukraynaya silah verməsindən narazı olduğunu bildirib.

Reportyor.az xəbər verir ki, bu barədə Rusiyanın baş diplomatı "Hürriyet" qəzetinə müsahibəsində deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyet” qəzetinə deyib ki, Rusiya Türkiyənin iki ölkə arasındakı münaqişədə vasitəçi kimi çıxış etməyə çalışarkən Ukraynaya silah tədarükünü davam etdirməsinə təəccüblənir.

"Türkiyə silahları Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya hərbçilərini və mülki insanları öldürmək üçün istifadə olunur. Türkiyə hökumətinin vasitəçilik xidmətləri göstərməyə hazır olduğu ilə bağlı bəyanatlarını nəzərə alsaq, bu vəziyyət təəccüb doğurmaya bilməz” deyib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:28