mobil versiya

COP29-da akkreditasiyadan keçmiş şəxslər üçün Abşeron dairəvi dəmir yolundan istifadə pulsuz olacaq



COP29 keçirildiyi ərəfədə akkreditasiyadan keçmiş şəxslər üçün Abşeron dairəvi dəmir yolu üzrə hərəkət ödənişsiz olacaq.


Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
O qeyd edib ki, bununla bağlı artıq təlimlər keçirilib.
“Akkreditasiyadan keçmiş şəxslərlə bağlı rəsmi məlumat daxil olub. Həmin şəxslərin sayı saytlarda və informasiya agentliklərində dərc olunacaq”, - deyə ADY rəsmisi əlavə edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-11-2024, 15:10