Azərbaycan millisinin keçmiş futbolçusu Region Liqasında oynayacaq
28 yaşlı yarımmüdafiəçi “Naftalan” klubuna keçib.
Budaq Nəsirov son olaraq “Karvan”ın formasını geyinib. O, daha əvvəl ölkəmizdə “Sumqayıt”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Turan Tovuz” və Portuqaliyada “Sportinq”in əvəzedici komandasında çıxış edib. Nəsirov 2016-cı ildə Azərbaycan yığmasının Andorra ilə qolsuz heç-heçə etdiyi yoldaşlıq matçında komandanın formasını geyinib.
KARUSEL / İDMAN
Tarix: 12-11-2024, 11:15