BMT Baş katibi kiçik ada dövlətlərinə iqlim maliyyəsində dəstək verməyə çağırıb
“Ada dövlətlərinin qəzəbi haqlıdır, adalar fəlakətlə üzləşir. Ada dövlətlərinin üzləşdikləri iqlim dəyişikliyinin hansı fəlakətlərə səbəb olduğunu göstərir”.
Bunu BMT Baş katibi Antonio Quterreş COP29 çərçivəsində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində bildirib.
BMT Baş katibi bunun qarşısını almaq üçün sürətli tədbirlər görülməli olduğunu söyləyib: “Belə tədbirlər bu məqsədlərə xidmət edir. Ada dövlətləri bizim yaratdığımız problemlərin nəticələrindən əziyyət çəkir. Zərər və İtkilər Fondunun yaradılmasını vacib sayırıq. İlk onluğa daxil olan futbolçuların maaşları qədər bu Fonda vəsait lazımdır. Yəni bu futbolçuların maaşı qədər vəsait bu Fond üçün yetərli olaraq”.
BMT Baş katibi iqlim dəyişikliyi üçün trilyonlarla dollar vəsaiti cəlb etməli olduqlarını vurğulayıb: “Mülki aviasiyaya tariflərin tətbiqi və digər vasitələrlə bu vəsait toplanmalıdır. Digər özəl fondlardan da vəsait cəlb olunmalıdır. Mən buradan müraciət edirəm. Biz kiçik ada dövlətlərinə köməyimizi göstərməliyik. Vaxt artıq yetişib, biz hər bir səviyyədə hərəkətə keçməliyik”.(apa)
KARUSEL / SİYASƏT
Tarix: 13-11-2024, 13:09