HƏMAS-ın ofisi Türkiyəyə köçürülülür?
"Fələstin silahlı qruplaşması HƏMAS-ın ofisinin Türkiyəyə köçməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir".
Reportyor.az xəbər verir ki, bu barədə türk diplomatik mənbə bazar ertəsi günü qrupun üzvlərinin vaxtaşırı ölkəyə səfər etdiyini bildirib.
Doha keçən həftə bildirib ki, HƏMAS və İsrailə Qəzzada atəşkəs və girovların azad edilməsi razılaşmasında vasitəçilik səylərini onlar iradə və ciddilik nümayiş etdirənə qədər dayandıracaqlarını bildirib. O, həmçinin bildirib ki, KİV-in HƏMAS-a ölkəni tərk etməsi barədə dediyi xəbərlər doğru deyil.
Türkiyə Qəzza və Livandakı hücumlarına görə İsraili şiddətlə tənqid edir və HƏMAS-ı terror təşkilatı hesab etmir. HƏMAS-ın bəzi siyasi rəsmiləri mütəmadi olaraq Türkiyəyə səfər edirlər.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:34