mobil versiya

Faktiki hava açıqlanıb - Şahdağa qar yağıb



Noyabrın 20-si saat 09:00-a olan faktiki hava açıqlanıb.


Reportyor.az
xəbər verir ki, Milli Hidrometeorologiya xidmətinin yaydığı məlumata görə, əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin əvvəlcədən xəbər verildiyi kimi, bəzi şərq rayonlarında arabir qısamüddətli yağış yağıb, yüksək dağlıq ərazilərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm olub.
Düşən yağıntının miqdarı Şahbuz, Gədəbəy, Yevlax, Astarada 1 mm-dək olub.
Naxçıvan, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Qusarda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 2, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

KARUSEL / ÖLKƏ
Tarix: Dünən, 09:42