mobil versiya

450-yə yaxın məktəbin təmirə ehtiyacı var



Lerikdə bu il səkkiz məktəb bağlanıb, lakin şagirdlərin digər məktəbələrə daşınması təmin edilməyib.

Bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Deputat problemin həlli üçün iclasda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib.
“Daha on məktəbin bağlanıb komplektləşdirilməsi nəzərdə tutulur. Bu zaman nazirliyin daşınmalara köməklik göstərməsini xahiş edirəm”, - deputat əlavə edib.
Elm və təhsil naziri Emin Əmrullayev deputatın qaldırdığı məsələyə cavab olaraq bildirib ki, Azərbaycanda 4 450 məktəbin 4 minini yaxşı vəziyyətdədir:
"450-yə yaxın məktəbin təmirə ehtiyacı var. 2021-ci ildə 950 məktəb qəzalı idi. Növbəti illərdə də bunların təmiri sürətlə davam edəcək. Müəyyən ardıcıllıqla bu iş davam etdirilir”.
Nazir əlavə edib ki, hazırda Bakıda 30 min insan məktəbəqədər təhsili gözləyir:
“Bunun səbəbi zamanında məktəbəqədər təhsil müəssisələrinin sisteminin düzgün qurulmamasıdır”.
E.Əmrullayev Lerikdə bağlanan məktəblərin şagirdlərinin daşınmaması məsələsini də nəzarətə götürəcəyini söyləyib:
"Bağlanan məktəblərin şagirdlərinin daşınması təmin olunmalıdır. Əgər olunmayıbsa, bunu araşdırarıq”. (report)

KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 16:28