COP29-da nüvə enerjisi əleyhinə aksiya keçirilib
COP29-un Mavi zonasında nüvə enerjisinin istifadəsinin genişləndirilməsi əleyhinə aksiya keçirilib.
Aksiyanın təşkilatçısı "Nuclear power is not the Answer!" beynəlxalq təşkilatıdır.
Fəallar nüvə enerjisinə qarşı "son dərəcə çirklənmə", "həddindən artıq təhlükə", "bahalılıq" və "həddindən artıq lənglik" kimi əsas tezisləri irəli sürürlər.
"Nüvə şirkətləri sadəcə öz layihələrindən pul qazanır, yerinə yetirilməsi mümkün olmayan təşəbbüslər təklif edirlər", - aksiyanın iştirakçılarından olan almaniyalı Günter Hermayer bildirib.
Onun sözlərinə görə, nüvə enerjisi o qədər bahalıdır ki, əgər bu texnologiyalar beynəlxalq bazara çıxarılsaydı, gəlir gətirmədiyinə görə mövcudluğunu dayandırardı. G.Hermayer həmçinin qeyd edib ki, nüvə enerjisi həddindən artıq təhlükəlidir və ətraf mühiti qalıq yanacaqdan heç də az çirkləndirmir.(report)
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:32