Bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin payı 2050-ci ilə qədər 100%-ə çatdırılacaq
Yaponiyada bərpa olunan enerjilərin təşviqi ilə əlaqədar olaraq, milli və yerli hökumətlər bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin payını 2030-cu ilə qədər ən azı 50%-ə, 2050-ci ilə qədər isə 100%-ə çatdırmağa çalışmalıdırlar.
Bunu COP29 çərçivəsində “Milli çərçivələrdən kənar: Hüquqi yanaşmalar vasitəsilə ambisiyaları artıran hüquqşünaslar və hüquq birlikləri” adlı paneldə çıxışı zamanı Yaponiya Vəkillər Kollegiyaları Federasiyasının İqlim Dəyişikliyi Komitəsinin üzvü Juta Wada deyib.
O bildirib ki, bununla bağlı 2024-cü ildə bəyannamə qəbul edilib. Bəyannaməyə əsasən onlar binaların damlarında və tərk edilmiş kənd təsərrüfatı torpaqlarında fotovoltaik enerji istehsalının təşviqi üçün hüquqi sistemlər yaratmalı və ya təkmilləşdirməlidirlər.
Juta Wada həmçinin əlavə edib ki, milli və yerli hökumətlər, özəl şirkətlər və vətəndaşlar hazırkı qlobal istiləşmənin insan hüquqlarına təhlükə yaratdığını başa düşməli və buna görə də "1,5°C hədəfi"nin reallaşmasına uyğun şəkildə istixana qazları emissiyalarını azaltmaq üçün hərəkətə keçməlidirlər.(apa)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:23