mobil versiya

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb



Noyabrın 30-da və dekabrın 1-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Reportyor.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 2-12-2024, 09:47