mobil versiya

Müdafiə Nazirliyi Rusiyanın Aralıq dənizindəki təlimlər barədə ABŞ-ı xəbərdar edib




"Mümkün insidentlərin qarşısını almaq üçün Rusiya Aralıq dənizinin şərqində keçirdiyi hərbi təlimlər barədə ABŞ-ı məlumatlandırıb".

Reportyor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumat hər iki ölkənin Baş Qərargah rəisləri, general Valeri Gerasimov və Hərbi Hava Qüvvələrinin generalı C.Q. Brovn arasında telefon danışığı zamanı verilib.

“Bu məlumat ABŞ və NATO gəmilərinin Rusiya təlimlərinin keçirildiyi ərazinin yaxınlığında olması ilə bağlı mümkün insidentlərin qarşısını almaq üçün verilib”, - nazirliyin bəyanatında deyilir.

ABŞ ordusu çərşənbə günü iki yüksək vəzifəli şəxs arasında nadir söhbətin keçən həftə baş verdiyini bildirib.
KARUSEL / DÜNYA
Tarix: 5-12-2024, 16:52