mobil versiya

Çinli professor Çin ədəbiyyatı və mədəniyyəti ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndirib



Asiyanın müxtəlif ölkələrinin iştirakı ilə Bakıda keçirilən “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans əməkdaşlığın dərinləşməsinə töhfə verəcək və dövlətlər arasında qarşılıqlı fəaliyyətin mühüm tərkib hissəsinə çevriləcək.

AMEA-dan bildirilib ki, bu fikri beynəlxalq konfransın iştirakçısı, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi professor Lu Yusong bildirib. O, Azərbaycan Prezidentinin Çin ilə əlaqələrə böyük önəm verdiyi, iki ölkə arasında əlaqələrin bir çox istiqamətlərdə davam etdiyini vurğulayıb.
Azərbaycana ilk dəfə gəldiyini deyən qonaq paytaxtımızın onda dərin təəssürat yaratdığını söyləyib, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, dövlət muzeyləri və tarixi yerlərlə tanışlıqdan məmnunluğunu ifadə edib.
Professor Lu Yusong Ədəbiyyat İnstitutun nəzdində fəaliyyət göstərən Çin Tədqiqatları Mərkəzi və Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi ilə yaxından tanış olduğunu bildirərək, burada Çin ədəbiyyatı və mədəniyyəti ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndirib.  (Azərtac)
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 17:53