mobil versiya

Rusiya: İranla tərəfdaşlıq sazişi heç bir ölkəyə qarşı yönəlməyəcək




Rusiya və İran arasında strateji tərəfdaşlıq müqaviləsi başqa heç bir ölkəyə qarşı yönəlməyəcək.

Reportyor.az
xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Rusiyada danışıqlar aparacaq, bundan sonra onlar çoxdan gözlənilən hərtərəfli strateji tərəfdaşlıq paktı imzalayacaqlar.

İki lider ticarət və investisiya, nəqliyyat-logistika və humanitar sahələri müzakirə edəcək, həmçinin regional və beynəlxalq məsələlər barədə danışacaqlar.

KARUSEL / DÜNYA
Tarix: Dünən, 15:18