Kreml Ukraynanın Böyük Britaniya ilə yeni razılaşmasını öyrənəcək
Kreml Ukraynanın Böyük Britaniya ilə yeni 100 illik müqaviləsinin təfərrüatlarını öyrənəcək.
Reportyor.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Britaniyanın Ukraynadakı hərbi bazaları ideyasını “narahatedici” adlandırıb və bildirib ki, Moskva Azov dənizində Britaniyanın Ukrayna ilə əməkdaşlığı perspektivinə mənfi baxır və bunu Rusiyanın “daxili dənizi” adlandırır.
Böyük Britaniyanın baş naziri Keir Starmer cümə axşamı günü Ukrayna və müttəfiqləri ilə Rusiya ilə atəşkəs barədə danışıqlar aparılarsa, Kiyevə təhlükəsizlik zəmanəti vermək və 100 illik tərəfdaşlıq sazişi vasitəsilə daha çox dəstək təklif etmək üçün işləməyə söz verib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:24