mobil versiya

Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb -




Təxminən 70 mindən artıq müşahidəçi qeydə alınıb. Min məntəqədə isə veb-kamera fəaliyyət göstərəcək.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib
O bildirib ki, media nümayəndələri də Azərbaycanın bütün bölgələrində seçkidə fəal iştirak edə biləcəklər:
“Hesab edirəm ki, seçkinin keçirilməsində aşkarlıq baxımından bütün tələbləri yerinə yetirəcəyik”, - MSK sədri əlavə edib.
Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:37