Seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 43 ölkə və 24 qurumdan ümumilikdə 228 beynəlxalq müşahidəçi qeydə alınıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 38 min 744 yerli müşahidəçi qeydiyyatdan keçib:
"Bu müşahidəçilərdən 5 621 nəfəri MSK-da, 33 min 123 nəfəri isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib".(report)
KARUSEL / SİYASƏT
Tarix: 8-08-2024, 17:52