23 ölkə və 5 qurumdan 94 beynəlxalq müşahidəçi qeydə alınıb - MSK
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, indiyə qədər 23 ölkə və 5 qurumdan 94 beynəlxalq müşahidəçi qeydə alınıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
KARUSEL / SİYASƏT
Tarix: 1-08-2024, 17:03