Azad olunan ərazilərdə yanvar ayında 257 tank əleyhinə mina, 505 piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq yaydığı məlumatda deyilir.
Həmçinin 3583,8 hektar ərazi minalardan təmizlənib.
Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.
KARUSEL / ÖLKƏ
Tarix: 3-02-2025, 15:11