Azərbaycan Mərkəzi Bankının rəhbərliyində dəyişiklik
![](/uploads/posts/2025-02/1738823682_1738823646907.png)
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub.
Reportyor.az xəbər verir ki, "APA" AMB-yə istinadən bildirir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.
Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.
Vüsal Cavanşir oğlu Qurbanov, Seydiyev Elrad Eldar oğlu, Mansurov Anar Eldar oğlu və Rəsulov Tərlan İzzət oğlu bu il fevralın 3-dən Mərkəzi Bankın baş direktorları təyin ediliblər.
Qeyd edək ki, Vüsal Qurbanov buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb. Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə idarəetməsi departamentinin, Tərlan Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin rəhbəri olub.
Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:05